MPL: “Turan Tovuz” Suraxanı səfərində - YENİLƏNİR
06.11.2026 - 16:57
MPL: “Turan Tovuz” Suraxanı səfərində - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XI tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun mərkəzi görüşündə “Qarabağ” Suraxanada “Turan Tovuz”u qəbul edəcək.

“Köhlən atlar” Premyer Liqada keçirdiyi son üç matçda qələbə qazana bilməyib. Ağdam təmsilçisi bu uğursuz seriyaya son qoymağa çalışacaq.

“Turan Tovuz” isə ötən tur son çempion “Sabah”ı məğlub edib. Kurban Berdıyevin komandası bu dəfə də səfərdən xalla qayıtmağı hədəfləyir.

Görüşə saat 18:00-da start veriləcək.

Misli Premyer Liqası
XI tur

18:00. "Qarabağ" – "Turan Tovuz"
“Azersun Arena”

"Qarabağ":   1. Şahruddin Məhəmmədəliyev  55. Bədavi Hüseynov (k) 5. Bruno Lanqa 29. Renaldo Sefas 9. Zakaria Savo 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 11. Reda Xadra 88. Samuel Lobato 4. Bense Varkonyi 33. Dieqo Rosa

Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 12. Teymur Həsənov 13. Bəhlul Mustafazadə 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç  20. Kadi Borqes 2. Mateus Silva 19. Taofik İsmail 7. Jali Muaddib 39. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Beusnar 3. Enrike Silva 90. Joarlem Santos 77. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 28. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 25. Denis Marandiçi 8. David Tavareş 11. Dioqo Balau

Baş məşqçi: Kurban Berdiyev