Mourinyo: “Komandanın maraqları Vinisiusdan üstündür”
06.11.2026 - 16:23
“Real”ın baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun fiziki durumu ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı futbolçunu tam hazır olmadığı halda meydana buraxmaq istəmədiyini bildirib:
“Mənim üçün ən vacib məsələ komandadır. Heç vaxt bir futbolçunun maraqları naminə komandaya zərər vurmaram. Vinisius normal formasına qayıdanda qərarımı verəcəyəm. Klubun maraqları ayrı-ayrı oyunçuların maraqlarından üstündür”.
Qeyd edək ki, Vinisius cari mövsüm La Liqada 8 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0