![Murad Musayev: "Qələbə qazanmaq lazımdır"](https://apasport.az/storage/news/2023/october/07/big/652188ba320b8652188ba320b91696696506652188ba320b6652188ba320b7.jpg)
"Ərazi üstünlüyü bizim tərəfdə idi. Çoxlu qol fürsətləri yaratdıq. Amma yenə də, standart vəziyyətdən qol buraxdıq".
Apasport.az saytı xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Araz-Naxçıvan"la heç-heçə yekunlaşan qarşılaşmadan sonra deyib.
Rusiyalı mütəxəssis futbolçuların mübarizəsinə qiynət verib: "Amma futbolçularıma əhsən, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar və hesabı bərabərləşdirdilər. Lakin ərazi üstünlüyünə və qol epizodlarının çoxluğuna görə üç xal vermirlər".
- Yeni gələnlərin formaya düşməsi üçün daha çox oyuna ehtiyac duyulur. Amma milli komandaların matçlarına görə fasilə yaranacaq. Demək olar ki, bu onlara mane olacaq?
- Ümidvaram ki, bu fasilə bizim xeyrimizə işləyəcək. Amma nəzərə alaq ki, komandanın yarısı bizimlə olmayacaq. Bir-birimizi anlaşmanı da artırmalıyıq.
- Demək olar ki, “Sabah” yavaş-yavaş geri dönməyə, enişdən çıxmağa başlayır?
- Xalımız çox azdır, qələbə qazanmaq lazımdır. Bəlkə də, bəzən pis oynayaraq üç xal qazanmaq da olar. Ən vacibi qələbələr qazanmağa başlamaqdır.