"Sabah" Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.
Apasport.az əbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün çox yaxşı oyun gördük. Hər iki komanda hücum edirdi. Gərgin matç izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq.
- Davit Volkov bu gün coşdu. Emmanuel Apeh cəzalanmalı idi ki, ona start heyətdə şans verəsiz?
- David həmişə qolçu keyfiyyətlərini göstərir. O yaxşı məşq edir. Heç vaxt həvəsdən düşmür. Milli komandaya yaxşı əhval-ruhiyyədə gedəcək.
- Nicat Mehbalıyev sizə müsbət siqnal verdi ki ona yenə əsas heyətdə şans verəsiniz?
- İlk oyunda qələbə qazanması çox önəmlidi. Uzun müddətdi oynamırdı. Onu təbrik edirəm.
- İki ardıcıl qələbə qazanmağınıza nə mane olur?
- Əvvəlki matçda hakimin qeyri-peşəkarlığı imkan vermədi. Razıyam, stabil deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik.
- İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib
- Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır
- Avropa Liqası: "Arsenal" avrokubokla vidalaşdı
- Saşa Yunisoğlu: “Rahil fiziki göstəricilərinə görə Polşaya uyğundur” - Müsahibə
- Nigeriyalı yarımmüdafiəçi “Qəbələ”də