İspaniya klubu Kepanı istəyir
13.01.2024 - 12:36
"Sevilya" yeni qapıçı axtarır.
Apasport.az "Todofichajes"ə istinadla xəbər verir ki, klubun maraqları arasında cari mövsümdə "Real"da icarə əsasında çıxış edən "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa da var.
“Sevilya” yay "transfer pəncərəsi"ndə futbolçunu heyətinə qatmaq niyyətindədir. Arrizabalaqanın transfer qiyməti 20 milyon avrodur.
Qeyd edək ki, 29 yaşlı ispan qolkiperin "Real"la icarə müqaviləsi bu il iyunun sonunda başa çatır.
- İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
- “Ferentsvaroş”: 34-cü dəfə
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Məhəmməd Abdullayev dünya çempionatında bürünc medal qazandı
- Laurentsiu Regekampf: “Onu unutmaq asan deyil”
0
0