Musanın komandası Konfrans Liqası ilə vidalaşdı
04.08.2023 - 00:53
Musa Qurbanlı Avrokublarda mübarizəni dayandırıb.
Apasport.az-ın məlumatına görə, onun çıxış etdiyi “Yurqorden” “Lütsern”lə bacarmayıb.
Yığmamızın üzvünün çıxış etdiyi komanda Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında heç-heçə oynayıb. Musanın 38-ci dəqiqədə meydana çıxdığı səfər oyununda 1:1 hesabı qeydə alınıb. Öz meydanında 1:2 hesabı ilə uduzan “Yurqorden” mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Qurbanlı hər iki oyunda meydanda olsa da, komandasının qollarında iştirak etməyib.
- Paracüdoçularımız Paris-2024-də hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçəcək
- Nadir Nəbiyev: "Belə baxanda Fernandu Santuşu da qınamaq olmur, onun da çox seçim imkanı yoxdur"
- "Sabah" qol olub yağdı YENİLƏNİB
- Qəbələdə darmadağın - YENİLƏNİB
- Millinin baş məşqçisi: "Basketbolçularımız Ermənistanla matçda məsuliyyət hiss edirdilər"
0
0