Mutu “Neftçi”ni ilk məşqə çıxarır
14.07.2023 - 15:33

Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən “Neftçi” bu gün növbəti məşqinə çıxacaq.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Sankt-Peterburq şəhərində təlim-məşq toplanışı çərçivəsindəki bugünkü məşq ilklə əlamətdar olacaq. “Ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqinə çıxacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Smena” stadionunda keçiriləcək məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
- “Qarabağ” - “Sürix” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
- Ramil Şeydayevə Çerçesovdan ZƏNG
- UEFA istintaq başlatdı: "Qalatasaray" cəbhəsində 6 aylıq həbs gündəmdədir
- Millətlər Liqasında 9 oyun: Liderlər Portuqaliyada üz-üzə
- Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
0
0