"Neftçi" futbolçuları ilə müqaviləni artırıb, icarəyə verdi
30.06.2022 - 22:32
“Neftçi” futbolçuları Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024 mövsümünün sonunadək artırıb.
Apasport.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, hər iki yarımmüdafiəçi 2022/2023 mövsümünün sonunadək “Turan Tovuz” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2021-ci ilin yayında transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Vəlizadə isə 2018-2020-ci illər ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.
- DÇ-2022-yə doğru: Mundialın qocaları - ADLAR
- Millimizin baş məşqçisi Emre Belözoğlu ilə görüş keçirib
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- Vüsal İsgəndərli ilk qolunu "Qalatasaray"a vurdu - VİDEO
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0