Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Xatırladaq ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş (“bundle”) azarkeşlərimizin bu matça girişi sərbəst olacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 30-u saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.