“Neftçi” səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb
20.05.2024 - 10:33
“Neftçi” Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXV turunda "Səbail"ə üç cavabsız qolla qalib gəldikləri oyuna təsadüf edib.
“Ağ-qaralar” ilk belə qələbəsini 1992-ci ildə əldə edib. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.
Qeyd edək ki, ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.
- Qəzənfər Abbasov: “Necə olacağını bilmirəm”
- AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdirildi
- “Qarabağ”ın futbolçusuna daha bir müştəri – bu dəfə...
- "Sərhədçi"nin baş məşqçisi: "Oyunçularımızın üst səviyyəyə çatacağına inanıram"
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
0
0