"Neftçi" - "Spartak" matçının biletləri satışda
18.03.2024 - 16:36
!["Neftçi" - "Spartak" matçının biletləri satışda](https://apasport.az/storage/news/2024/march/18/big/65f8320b490c865f8320b490c9171076455565f8320b490c465f8320b490c6.png)
"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti 2-15 manat aralığında dəyişir.
Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlayacaq.
0
0