“Neftçi” üçün 4 variant
07.08.2023 - 11:27
Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, UEFA tədbirdən öncə iştirakçıları qruplara bölüb.
“Neftçi”nin də mümkün rəqibləri azalıb. III təsnifat mərhələsində “Beşiktaş”la qarşılaşacaq “ağ-qaralar”ın cütü səpələnməmişlər səbətində yer alacaq.
Bakılıların mümkün rəqibləri “Gent” (Belçika) – “Poqon” (Polşa), “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan), “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütləri və “Lill” (Fransa) klubudur.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
- ABL: “Gəncə” evdə “Şəki”ni məğlub etdi
- Şahruddin oynadı, komandası son dəqiqədə qələbəni əldən verdi
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0