“Neftçi”də yeni müqavilə
28.08.2023 - 17:31
![“Neftçi”də yeni müqavilə](https://apasport.az/storage/news/2023/august/28/big/64eca1e984d5664eca1e984d57169322954564eca1e984d5464eca1e984d55.jpg)
“Neftçi” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə. bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2023/24-cü illər mövsümünün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.
0
0