"Neftçi"dən 200-cü qələbə
23.01.2024 - 15:23
“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.
Apasport.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XIX turuna təsadüf edib.
“Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.
“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.
Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.
- "Monza" tarixində ilk dəfə "Milan"ı məğlub edib
- Ermənistan Bakıdakı dünya çempionatına gəlmək istəyir
- Avropa çempionatında mübarizə aparacaq Azərbaycan klubları müəyyənləşdi
- Argentina millisinin sabiq hücumçusu xəstəxanaya yerləşdirilib
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
0
0