Stenli kubokunu qalibi “Karolina”da
02.07.2023 - 16:34
NHL-də çıxış edən Dmitri Orlov “Karolina” ilə iki illik müqavilə imzalayıb.
Apasport.az-ın məlumatına görə, rusiyalı hokkeyçi sərbəst agent kimi komandaya qoşulub.
31 yaşlı müdafiəçi yeni klubunda illik 7,75 milyon dollar qazanacaq. O son mövsümün birinci hissəsini “Vaşinqton”da, ikinci hissəsini isə “Boston”da keçirib. Təcrübəli hokkeyçi “Karolina”da uğurlar qazanmaq arzusunu bildirib.
Qeyd edək ki, uzun müddət “Vaşinqton”da oynayan Dmitri 2018-ci ildə Stenli kubokunu qazanıb.
- "Ayntraxt" “Qalatasaray”ı darmadağın etdi - YENİLƏNİB
- "Fənərbaxça"lıları həyəcanlandıran görüş: Aziz Yıldırım və Ali Koç
- Rəşad Sadıqov: "Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək"
- Gəncədə milli matç? - Azərbaycan - Fransa oyunu üçün namizəd stadionlar
- Qriqorçuk milli üzvünün "Neftçi"də qalmasını istəyir
0
0