Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb
13.03.2026 - 13:40
Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb.

Apasport.az xəbər verir ki, kişilərin yarışında XVIII turun matçları 17-18 martda baş tutacaq.

Qadınların Yüksək Liqasında isə müntəzəm mövsümün sonuncu - XVIII turu 17, 18 və 19 martı əhatə edəcək.

Kişilərin Yüksək Liqasında 20 turun yekununda ilk 4 yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər. Qadınların yarışında isə 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, pley-off mərhələsində 1/4 final və yarımfinallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün "qızıl" set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir görüş olacaq.

17 mart

Yüksək Liqa (kişilər) | XVIII tur

16:00. "Neftçi" – "Gənclər"

18:00. "Ordu" – "Murov Az Terminal"

Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalı

17 mart

Yüksək Liqa (qadınlar) | XVIII tur

17:00. "Turan" – "Murov Az Terminal"

Tovuz Olimpiya İdman Kompleksi

18 mart

Yüksək Liqa (kişilər) | XVIII tur

17:00. "Azərreyl" – "Xilasedici"

FHN-nin idman zalı

18 mart

Yüksək Liqa (qadınlar) | XVIII tur (son tur)

16:00. "Gənclər" – "Azərreyl"

18:00. "DH Volley" – "Milli Aviasiya Akademiyası"

AVF-nin idman zalı

19 mart

Yüksək Liqa (qadınlar) | XVIII tur (son tur)

14:00. "Gəncə" – "Abşeron"

Gəncə İdman Sarayı