"Neftçi"nin açıq məşqi baş tutacaq
15.07.2026 - 17:27
“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.
Apasport.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.
Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən klubun “Palms Sports Arena”da yerləşən rəsmi mağazası da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.
Məşqdən əvvəl “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.
- Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
- "Qəbələ"nin baş məşqçisi: "Komandamdan razı qaldım"
- "Yuventus" da öz meydanında uduzdu
- Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
- Saşa Boey “Qalatasaray”a qayıdır - İSTANBULA GƏLDİ - YENİLƏNİB
0
0