“Neftçi”nin Boluda ikinci rəqibi dəqiqləşdi
08.07.2022 - 12:55
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ikinci yoxlama görüşündəki rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yerli “Sivasspor”la qarşılaşacaq.
Super Liqa klubu ilə matç iyulun 11-də baş tutacaq və Bakı vaxtı ilə saat 16:45-də start götürəcək. Laurentsiu Regekampf üçüncü sınaq matçının ayın 14-də keçirilməsini planlaşdırır. Lakin həmin görüş üçün rəqib hələ bəlli deyil.
Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışındakı ilk yoxlama görüşündə TFF I Liqa təmsilçisi “Sakaryaspor”la qollu heç-heçə (1:1) edib.
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
- Bojoviç Azərbaycan çempionatlarında işləyən 62-ci əcnəbi baş məşqçidir
- Reziuan Mirzov: “Telefon təklif zənglərindən “dağılırdı”
- Vasili Berezutski: “Nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq"
- İspaniya Gürcüstana qalib gəldi - YENİLƏNİB
0
0