"Neftçi"nin qapısı əmin əllərdə
23.01.2024 - 23:46
“Neftçi” qolkiperi Rza Cəfərovla uzunmüddətli müqavilə imzalamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” 20 yaşlı qapıçıya daha yaxşı şərtlərlə yeni müqavilə təklif edəcək.
Tərəflərin şifahi razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, bu mövsümdən “Neftçi”də əsas qapıçıya çevrilən Cəfərovun xidmətində maraqlı olan Premyer Liqa klubları var. Amma aldığımız məlumata görə, Cəfərov “Neftçi”də qalmağa üstünlük verəcək.
- Emin Mahmudov: "Oynamaq üçün çox darıxmışam"
- "Mançester Yunayted"in braziliyalı futbolçusu Super Liqa klubuna keçir?
- Mahir Emrelidən idmançılarımıza dəstək
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"
- Azərbaycan Kubokunun yarımfinal matçlarının vaxtı məlum olub
0
0