"Neftçi"nin veteran futbolçusu dünyasını dəyişdi
26.02.2023 - 15:45
!["Neftçi"nin veteran futbolçusu dünyasını dəyişdi](https://apasport.az/storage/news/2023/february/26/big/63fb4727d9ae763fb4727d9ae8167741213563fb4727d9ae563fb4727d9ae6.jpg)
“Viləş”, “Şəmkir”, MOİK, “Masallı” komandalarının sabiq baş məşqçisi Qəhrəman Əliyev uzun sürən xəstəlikdən 63 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, o, 1983-1985-ci illərdə “Neftçi”nin formasını geyinib. Əliyev “Avtomobilçi” (Bakı) (1976-1981), “SKA Xabarovsk” (1981-1983), “Gənclik” (Bakı) (1985-1986), “Avtomobilçi” (Mingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib.
O, 1993-2000-ci illərdə “Viləş”in baş məşqçisi olub. Masallı təmsilçisi onun rəhbərliyi altında 2001/02 mövsümündə bürünc medal qazanmıb.
Allah rəhmət eləsin!
0
0