![Benzemaya ərəblərdən 200 milyonluq təklif](https://apasport.az/storage/news/2023/may/29/big/647476a80a2ae647476a80a2af1685354152647476a80a2ac647476a80a2ad.png)
Madrid “Real”ının hücumçusu Kərim Benzema yeni təklif alıb.
Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti 35 yaşlı fransıza yerli klublardan biri ilə 2 mövsümlük müqavilə qarşılığında 200 milyon avro maaş təklif edib.
Benzema təklifi qəbul edəcəyi halda Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciətində səfir də olacaq.
Hələlik forvardın bu çağırışa nə cavab verdiyi açıqlanmır.
Qeyd edək ki, Kərim bu mövsüm “Real ” forması ilə 42 matça çıxaraq, 30 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.