Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib.
Apasport.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən ilk seminara serbiyalı tanınmış mütəxəssis Aleksandar Kukoly rəhbərlik edib.
Texniki sessiyada milli komandanın məşqçilərindən Slavko Tekiç, Kotaro Sasaki, həmçinin yerli cüdo ekspertləri Orxan Səfərov, Asiman Allahverdiyev və Rafiq Nəcəfov iştirak ediblər. Üç gün davam edəcək təlimlərə 14 ölkədən 400-dən çox yeniyetmə cüdoçu qatılıb.
Qeyd edək ki, sabahdan etibarən ölkəmiz Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.
- "Trabzonspor"un futbolçusu "Beşiktaş"ın radarına düşüb
- “Arsenal”ın futbolçuları millidən kənar qaldı
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Avropa Oyunlarında taekvondoçular üçün son püşk
- Xəyal Nəcəfov: "Neftçi"yə qarşı oyuna revanş...” - MÜSAHİBƏ