“Arsenal”ın futbolçuları millidən kənar qaldı
10.09.2022 - 17:48

Braziliya milli komandasının sentyabrdakı yoldaşlıq oyunları üçün açıqlanan heyəti gözlənilməz olub.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Tite İngiltərə “Arsenal”ının iki oyunçusuna dəvət göndərməyib.
Premyer Liqanın liderinin üzvləri hücumçu Qabriel Jezus və müdafiəçi Qabriel Maqalyans heyətə daxil edilməyib. Hərçənd forvard ötən ayın ən yaxşısı adına namizədlər sırasında da olub.
Qeyd edək ki, Braziliya millisi sentyabrın 23-də Qana, dörd gün sonra Tunislə qarşılaşacaq.
- Salman Süleymanovun xatirəsinə həsr olunmuş blits şahmat yarışı keçirilib
- "Fənərbaxça"nın 11 yaşlı üzgüçüsü faciəvi şəkildə həlak olub
- Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
- Premyer Liqada legioner limiti ilə bağlı vacib qərar verildi
- Portuqaliya 1/8 finalda - YENİLƏNİB
0
0