Nəriman oynadı, komandası 1/4 finala yüksəldi
30.04.2026 - 09:21
Nəriman oynadı, komandası 1/4 finala yüksəldi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Kubokunda 1/8 final oyununu keçirib.

Apasport.az xəbər verir ki, komanda I liqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb.

Oyun “Kolumbus Kru”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kru” bu qələbə ilə 1/4 finala yüksəlib.