Ömər Cavadov lisenziya turnirində çıxışını başa vurub
04.04.2024 - 16:32
Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə dünya kuboku davam edir.
Apasport.az xəbər verir ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan millisinin daha bir idmançısı – Ömər Cavadov körpücük üzərinə qalxıb.
O, 73 kq çəki dərəcəsinin “C” qrupunda yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib. Ömərin yekun sıralamadakı yeri yuxarı qruplardakı çıxışlar başa çatandan sonra müəyyənləşəcək.
Aprelin 11-də başa çatacaq yarışda 121 ölkədən 466 (235+231) atlet mübarizə aparır.
- AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb
- Gəncədə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib
- Elvin Bədəlov: “Mbappeni yox, Fransanı fikirləşirik”
- “Quba”nın basketbolçusu: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
- Klaudio Ranyeri İtaliya klubuna rəhbərlik edə bilər
0
0