“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib.
Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.
17-ci mövsümdür “Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib.
Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.
Qeyd edək ki, Qurban Qurbanov ölkə çempionatı tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.
- İdman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı dəqiqləşdi
- “Lex”in yeni baş məşqçisi: “İlk sınağımız “Qarabağ”la olacaq”
- Qvardiola "Nyukasl"ın yarımmüdafiəçisini istəyir
- Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
- Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO