Premyer Liqa: XIII tur "sülh"lə yadda qalıb
11.11.2024 - 10:26
![Premyer Liqa: XIII tur "sülh"lə yadda qalıb](https://apasport.az/storage/news/2024/november/11/big/67319d9fa2afe67319d9fa2aff173130486367319d9fa2afc67319d9fa2afd.jpg)
Misli Premyer Liqasının XIII turu sülhsevərliyi ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, bu turda keçirilən 5 oyundan 3-də heç-heçə qeydə alınıb.
“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.
Eyni turda 3 bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.
0
0