![Premyer Liqanın son 2 turunda əcnəbi hakimlər olacaq](https://apasport.az/storage/news/2024/may/15/big/6644e3b2254e26644e3b2254e317157907706644e3b2254e06644e3b2254e1.jpeg)
Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər iş başında olacaq.
Apasport.az futbolxeber.az-a istinadən xəbər verir ki, xarici referilər yaşıl meydanda deyil, VAR-da yer alacaqlar. Lakin bu qərar bütün matçlara şamil edilməyəcək. Böyük ehtimalla, eyni vaxtlarda başlayacaq görüşlərdə, yəni avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin qarşılaşmalarında VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə ediləcək. Görünür, son zamanlar hakimlərlə bağlı tənqidlərin artması AFFA-nı əcnəbi hakimlərin xidmətindən yararlanmağa məcbur edib.
Xatırladaq ki, 35-ci turda “Sabah” - “Sumqayıt”, “Səbail” - “Neftçi”, “Kəpəz” - “Zirə” matçları eyni vaxtda başlayacaq.