"Qalatasaray"dan Ziyeşə xəbərdarlıq
15.03.2024 - 10:56
!["Qalatasaray"dan Ziyeşə xəbərdarlıq](https://apasport.az/storage/news/2024/march/15/big/65f3edc09ec3065f3edc09ec31171048492865f3edc09ec2e65f3edc09ec2f.jpg)
"Qalatasaray"lı Hakim Ziyeş Mərakeş Milli Komandasının Mavritaniya və Anqola ilə yoldaşlıq matçına dəvət alıb.
Apasport.az "Milliyet"ə istinadla xəbər verir ki, Ziyeş bu səbəblə "Qalatasaray"ın texniki heyətindən açıq-aşkar xəbərdarlıq alıb.
"Aslanlar" zədəsini yenicə sağaldan 30 yaşlı müdafiəçiyə zədələnməməsi ilə bağlı xəbərdarlıq edib: "Liqada çox kritik bir dövrə girdik və sənə də ehtiyacımız olacaq".
Mərakeşli bu mövsüm "Qalatasaray"ın heyətində 15 rəsmi oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0