![Qara Qarayev: “Azarkeş olmaq daha çətin imiş”](https://apasport.az/storage/news/2022/july/13/big/62cea458401cc62cea458401cd165770965662cea458401c862cea458401ca.jpg)
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex” üzərində 5:1 hesablı qələbə ilə bağlı paylaşım edib.
Apasport.az saytının məlumatına görə, vitse-kapitan zədəli olduğu üçün “23-lük”dən kənarda qaldığı matçla bağlı qısa şərh yazıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi kənardan oyunu izləməyin daha çətin olduğunu bildirib və onları dəstəkləyən azarkeşlərə təşəkkürünü çatdırıb: “Azarkeş olmaq daha çətin imiş. Dəstəyiniz üçün təşəkkürlər”.
Qeyd edək ki, iki oyunun cəmində Polşa klubunu 5:2 (0:1, 5:1) məğlub edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq.