“Neftçi” transfer işlərini davam etdirir.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlayıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi "Neftçi"də heyətində 2 nömrəli formanı geyinəcək.
Qara Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 5 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.
- “Biz rəqibə uyğun yox, öz istəyimizə uyğun futbol oynamalıyıq” - Adil Şükürov
- Təmsilçimiz "Asiya Qran Pri 2026" turnirində çempion olub
- Rəşad Sadıqov: "Qapımıza zərbə olmadı, amma iki qol buraxırıq" - VİDEO
- Azərbaycanlı hakimlər AVRO-2026 matçına təyinat aldılar
- Premyer Liqa klubunda İSTEFA TƏHLÜKƏSİ