![“Qarabağ” 7, “Neftçi” 95 pillə irəlilədi – dünya reytinqində](https://apasport.az/storage/news/2023/january/18/big/63c781ceb4c8a63c781ceb4c8b167401927863c781ceb4c8663c781ceb4c88.jpg)
Dünya klublarının reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in siyahısında Azərbaycanın üç klubu yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ” 139 xalla dünyanın 78-cisidir. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə irəliləyib.
“Neftçi” 66,5 xalla planetin 290-cı komandasıdır. Bakılılar ötən ayla müqayisədə 95 pillə sıçrayış edib.
“Zirə” 50,25 xalla 478-ci yerdə qərarlaşıb. Paytaxt klubu 99 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ “Flamenqo” (Braziliya) başçılıq edir – 299 xal. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, “Liverpul” (İngiltərə) 273 xalla üçüncüdür.