"Qarabağ" avrokuboklardan qazandığı məbləğə görə 47-cidir
27.02.2024 - 13:10
!["Qarabağ" avrokuboklardan qazandığı məbləğə görə 47-cidir](https://apasport.az/storage/news/2024/february/27/big/65dda70120d3065dda70120d31170902502565dda70120d2e65dda70120d2f.png)
Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub.
Apasport.az xəbər verir ki, “Qarabağ” ilk 50 komanda arasında yer tutub.
Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq 10 milyon 482 min avro əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb.
Təmsilçimizin 1/8 finaldakı rəqibi “Bayer” 13 milyon 790 min avro mükafat qazanaraq 34-cü olub.
Qeyd edək ki, cari mövsüm avrokuboklarda ən çox gəlir əldə edən komanda “Real Madrid”dir. İspaniya klubu 79 milyon 892 min 421 avro qazanıb.
0
0