“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub.
Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.
“Qarabağ” sonuncu dəfə ötən mövsümün “Turan Tovuz”la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.
Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/18 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.
- “Sumqayıt” "Səbail"ə qalib gəlib, sonuncu pilləni tərk etdi - YENİLƏNİB
- Azərbaycan Avropanın Ağırlıqqaldırma Mərkəzi statusuna namizəddir
- Braziliyalı hücumçu C seriyası klubunu “Sabah”dan üstün tutdu
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
- ABL: Pley-off mərhələsi başlayır