“Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirildi
28.04.2023 - 12:59
Misli Premyer Liqasının XXXIII turunun “Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Qarşılaşma mayın 8-də baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.
Dəyişikliyə səbəb “Neftçi” - “Qarabağ” matçıdır. Aprelin 30-na nəzərdə tutulan bu oyun mayın 2-nə keçirildiyinə görə “Azersun Arena”dakı növbəti qarşılaşmanın tarixi dəyişdirilib.
Qeyd edək, “Qarabağ” – “Qəbələ” görüşü öncədən mayın 6-na planlaşdırılmışdı.
- Mourinyo Oriqini istəmədi
- “Fənər”dən qolsuz heç-heçə: ÇL-də günün nəticələri - YENİLƏNİB
- AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
0
0