"Qarabağ" - “Şamaxı” oyunun biletləri satışa çıxarılıb
16.01.2025 - 09:58
!["Qarabağ" - “Şamaxı” oyunun biletləri satışa çıxarılıb](https://apasport.az/storage/news/2025/january/16/big/67889cfa017f567889cfa017f6173700633067889cfa017f367889cfa017f4.jpg)
Misli Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şamaxı” oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışdadır.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymətlər 3, 7 və 15 manat aralığında dəyişir.
Biletlər oyun günü həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
0
0