
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda “Köhnə qitə”nin 438 ən güclü klubu yer alıb.
Azərbaycan sıralamada üç komanda ilə təmsil olunub. “Top-100”də yalnız “Qarabağ” qərarlaşıb.
Son Azərbaycan çempionu və Misli Premyer Liqasının indiki lideri 216 xalla qitənin 84-cüsüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 2 addım geriləyib.
33 xala malik “Neftçi” Avropada 228-cidir. Bakılılar bir addımlıq irəliləyişə nail olub. Bir pillə geriləyən “Qəbələ” 5 xalla 380-cidir.
Qeyd edək ki, siyahıya 2625 xala malik “Real” başçılıq edir. “Mançester Siti” 2009 xalla ikinci, “Bavariya” 1968 xalla üçüncü yerdədir.
- Azərbaycan millisinin üzvü İsrail çempionu olub
- Naradan yenicə ayrılan “Qalatasaray”lı modellə sevgili oldu
- “Qarabağ”ın baş tutmayan qış transferləri – siyahıda Babakar da olub
- Canni de Byazi: "O bizim üçün vacib, vuruşan oyunçudur"
- "Trabzonspor"dan “Qalatasaray”a: Okan Buruk türk futbolçunu istəyir