Avropa klublarının reytinqi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın bir təmsilçisi yer alıb.
Qitənin 159 komandası arasında “Qarabağ” da var. Aktivində 145,5 xal olan ağdamlılar siyahıda irəliləyərək, ilk “50-liy”ə düşüb. 50-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələrindən bir addım yuxarıdakı komanda İngiltərə nəhəngi “Mançester Yunayted”dir.
Reytinqə düşən Türkiyənin 7 klubundan yalnız “Qalatasaray” Azərbaycan çempionundan öndədir. “Cim-bom” 153 xalla 44-cüdür.
Siyahıya 291 xalla “Liverpul” başçılıq edir. İngiltərənin digər təmsilçisi “Çelsi” (283 xal) ikinci yerdədir. İspaniya və İngiltərə çempionları “Real”la “Mançester Siti” aktivlərindəki 252 xalla 3-cü pilləni bölüşdürürlər.
Qeyd edək ki, 301 komandanın yer aldığı dünya reytinqində “Qarabağ” 78-ci yerdədir.
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
- Rəşad Əzizli: "Ümid edirəm ki, "Qəbələ" Premyer Liqada qalacaq"
- Millinin baş məşqçisini onlar seçəcək
- Bundesliqa: “Bavariya”dan qələbə, “Dortmund”dan xal itkisi
- Orxan Əliyev: "Avrokubokdan danışmaq üçün hələ tezdir" - Müsahibə