"Qarabağ" və "Neftçi" dünya reytinqində irəlilədi
10.02.2024 - 09:58
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, 403 klubdan ibarət siyahıda Azərbaycanı 2 komanda təmsil edir.
Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (359 xal) başçılıq edir. “Real” (332 xal) ikinci, “İnter” (281 xal) isə üçüncüdür.
- Hakan Safi “Fənərbaxça” prezidentliyinə namizədliyini açıqladı
- Kvirkveliya: “Bu, həm biz, həm də “Qarabağ” üçün vacibdir” - MÜSAHİBƏ
- Amerika klubunda forma geyinən oyunçu Azərbaycan millisində çıxış edəcək
- Bernardo Silva qərarını verdi: "Qalatasaray"ın təklifinə cavab
- DÇ-də rekordlar: 3000-ci qol, geridönüş və tarixi göstərici
0
0