"Qarabağ"da baş məşqçi istefa etdi
25.01.2024 - 12:33
!["Qarabağ"da baş məşqçi istefa etdi](https://apasport.az/storage/news/2024/january/25/big/65b21b371fb1765b21b371fb18170617119165b21b371fb1565b21b371fb16.jpg)
“Qarabağ” U-15 komandasının baş məşqçisi Rakif Əliyev futbol akademiyasından ayrılıb.
Apasport.az xəbər verir ki, o, bu barədə "facebook" hesabında paylaşım edib.
Mütəxəssis "Qarabağ" akademiyasından istefa etdiyini açıqlayıb: “Bu gün öz istəyimlə “Qarabağ” akademiyasından ayrıldım. Komandamla ölkə çempionu və Türkiyədə beynəlxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Bu gün də komandamı 1-ci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma “çox sağ ol” deyirəm”.
Qeyd edək ki, “Qarabağ” U-15 Liqada keçirdiyi 16 oyundan sonra 45 xalla çempionatın lideridir.
0
0