Qış fasiləsindən sonra Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək “Qarabağ” heyətini bir qədər də gücləndirmək fikrindədir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu, xüsusən də, qapı xəttinə yeni oyunçu cəlb etməyə çalışır.
Şahruddin Məhəmmədəliyevin kritik oyunlardakı kobud səhvləri, Luka Quqeşaşvilinin isə əsas qapıçıya çevriləcək səviyyədə olmaması rəhbərliyi yeni “1 nömrə” axtarışına vadar edib. Ağdamlılar hazırda bu yöndə çalışmalarını davam etdirir və maraq dairəsində olan qapıçılarla danışıq aparır.
“Qarabağ” istədiyi qapıçı transferini reallaşdıra bilsə, Şahruddin ikinci qolkiperə çevriləcək. Belədə klub oyun praktikasından əziyyət çəkməməsi üçün Quqeşaşvilinin icarəyə verilməsi variantını nəzərdən keçirəcək. Gürcüstanlının 6 aylıq “Zirə”yə icarəyə verilməsi istisna edilmir. Çünki bakılılar da çərçivəni etibar edə biləcəyi qapıçı axtarışındadır.
Qeyd edək ki, Luka Quqeşaşvilinin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
- Daha bir futbolçu milliləşdirilir: "Dinamo"nun üzvü AFFA-nın hədəfindədir
- “Neftçi”nin yeni transferi: “Burada çempionluqlar qazanmaq istəyirəm”
- II Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək
- İlk 100 matçında ən çox qol vuranlar - ADLAR
- Ayxan Abbasov: "Bir az səbirli olsalar," Qarabağ"a rəqib olacaqlar" - Müsahibə