"Qarabağ"ın futbolçusu azyaşlı azarkeşi vurdu
09.10.2023 - 08:58
Dünən Misli Premyer Liqasının IV turunun "Neftçi" - "Qarabağ" (0-2) matçından sonra insident yaşanıb.
Apasport.az "Football-plus.az"-a istinadən xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin üzvü Elvin Cəfərquliyev papağını oğurlayan azyaşlı azarkeşi vurduğu üçün 24-cü polis bölməsinə aparılıb.
Məsələ ilə bağlı klubun mətbuat katibi Anar Hacıyev açıqlama verib:
"Əvvəlcə bildirim ki, Elvin sərbəst buraxılıb. O, hazırda evindədi. Oyundan sonra azarkeş və Elvin arasında insident yaşanıb. Bu səbəbdən də futbolçumuz polis bölməsinə aparılıb. Dindirildikdən sonra sərbəst buraxılıb".
- Vernidub daha 2 il “Neftçi”də - RƏSMİ
- Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO
- PFL-dən açıqlama: "Hər şey nəzarət altındadır"
- PSJ-nin sahibi "Liverpul" və ya "Mançester Yunayted"i istəyir
- Qurban Qurbanov: “Şahruddinin sabah oynamaq şansı çoxdur” - MÜSAHİBƏ
0
0