“Qarabağ”ın legioneri milliyə dəvət alıb
02.09.2024 - 15:39
![“Qarabağ”ın legioneri milliyə dəvət alıb](https://apasport.az/storage/news/2024/september/02/big/66d5a41bc8fe366d5a41bc8fe4172527721166d5a41bc8fe166d5a41bc8fe2.jpg)
“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasına dəvət alıb.
Apasport.az xəbər verir ki, o, baş məşqçi Vladimir Petkoviçin 26 futbolçudan ibarət siyahısına daxil edilib.
Əlcəzair millisi Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandalarına qarşı seçmə mərhələ oyunlarını keçirəcək.
0
0