Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 12 oyunda ümumilikdə 141 min 873 tamaşaçı olub.
I raundun hər iki həftəsində olduğu kimi, yenə ən çox azarkeş Bakıdakı matça toplaşıb. “Qarabağ”ın İsveçrə təmsilçisi “Sürix”lə (3:2) Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşünü 30 min 782 fanat tribunadan izləyib.
İkinci pillədə 29 min 654 tamaşaçı ilə “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) oyunu yer alıb. İlk “üçlüy”ü “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) görüşü qapayıb – 20 min 459. Digər qarşılaşmalardan isə yalnız “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə) oyununda 10 mindən çox (11 min 603) azarkeş olub.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları iyulun 26-27-də keçiriləcək.

- Azərbaycan futbolunda növbəti biabırçılıq - komanda meydana 10 nəfərlə çıxıb
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- Millimizin üzvü oynadı, komandası pley-offda uduzdu
- “Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləmədi
- Avropa çempionatı: İngilislər almanları məğlub edib kuboka sahib oldular