“Qarabağ”ın oyununda almaniyalı hakimlər
20.07.2023 - 17:18
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la (Polşa) ev oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, avqustun 2-də keçiriləcək matçı Almaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Bakıdakı cavab görüşünün baş hakimi Sven Yablonski olacaq. Ona Lasse Koslovski və Eduard Beytinger kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Tobias Reyxel olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matç 20:00-da başlayacaq.
- “Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı
- “Trabzonspor”-“Fənərbaxça” matçından sonra 12 nəfər saxlanılıb
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- Azərbaycan millisində ciddi itki
- Sərbəst güləş üzrə millimiz Avropa çempionu olub
0
0