"Qarabağ"ın ulduzu razıdır: Müqaviləsi daha 1 il uzadılacaq
28.10.2025 - 17:55
“Qarabağ” legioneri Leandro Andradeni komandada saxlamaq niyyətindədir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi yaxın günlərdə 26 yaşlı futbolçuyla daha bir illik müqavilə imzalaya bilər.
“Qarabağ”la hazırkı müqavilə müddəti 2027-ci ilin iyun ayının 30-na qədər olan kabo-verdeli yeni müqavilə imzalayarsa, 2028-ci ilin yayına qədər Azərbaycan çempionuna məxsus olacaq.
Andradeyə bir çox klubdan təklif olsa da, o, “Qarabağ”la yeni müqavilə imzalamağa razıdır.
0
0