Qavi AVRO-2024-dən kənarda
20.11.2023 - 17:48
![Qavi AVRO-2024-dən kənarda](https://apasport.az/storage/news/2023/november/20/big/655b577016fd4655b577016fd51700484976655b577016fd2655b577016fd3.png)
"Barselona" və İspaniya millisinin yarımmüdafiəçisi Pablo Qavi zədə səbəbindən 7-9 ay yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu AVRO-2024-ün qrup mərhələsi çərçivəsində Gürcüstanla keçirilən qarşılaşmada zədələnib.
Sağ dizində yırtıq əmələ gələn oyunçuya həkimlər 9 ay futboldan uzaq qalacağını açıqlayıblar.
Qeyd edək ki, matç ispanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
0
0