"Qəbələ" "Baku Sportinq"lə yoxlama oyunu keçirəcək
18.01.2026 - 13:17
"Qəbələ" "Baku Sportinq"lə yoxlama oyunu keçirəcək

Bu gün "Qəbələ" qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi I Liqa klubu "Baku Sportinq"lə qarşılaşacaq.

Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək və oyuna saat 14:00-da start veriləcək.

Təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" daha əvvəl "Kəpəz" (3:1) və "Araz-Naxçıvan"la (1:0) qarşılaşıb.