![“Qəbələ” gerilədi, “Qarabağ”la “Neftçi” mövqeyini qorudu](https://apasport.az/storage/news/2022/june/24/big/62b584a7b977062b584a7b9771165606314362b584a7b976e62b584a7b976f.jpg)
Avropanın top komandalarının iyun ayı üçün son reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 450 ən klub yer alıb.
Qitənin ən güclüləri arasında Azərbaycan üç komanda ilə təmsil olunub. Son 9 ildə 8 dəfə Premyer Liqanın çempionu olan “Qarabağ” ölkəmizin ən yaxşısıdır.
Qurban Qurbanovun yetirmələri 183 xala malikdir. Ağdam klubu 80-ci yerdəki mövqeyini qoruyub.
“Neftçi” 33 xalla qitədə 214-cü pillədə qalıb. Bu iki komandadan fərqli “Qəbələ”nin mövqeyi dəyişib. 5 xala malik komanda 3 addım geriləyərək 373-cü sırada yer alıb.
Qeyd edək ki, siyahıya 2251 xala malik “Real” başçılıq edir.