![“Qəbələ” iki yoxlama matçı keçirəcək](https://apasport.az/storage/news/2024/november/19/big/673cd58ee4314673cd58ee43151732040078673cd58ee4312673cd58ee4313.jpeg)
“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
“Qırmızı-qaralar” hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda sabah Region Liqasında çıxış edən “Olimpiya” (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” daha bir qarşılaşmaya çıxacaq. Komanda “Zaqatala” ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.